Serbiyanın hakim partiyası Belqradda yenidən seçkilərin keçirilməsinə razılıq verib
Serbiyanın hakim partiyası Belqradda yenidən seçkilərin keçirilməsinə razılıq verib. Bu qərar müxalifətin etirazları və dekabrın 17-də keçirilən seçkilərə beynəlxalq müşahidəçilər tərəfindən mənfi qiymət verilməsindən sonra hökumət tərəfindən qəbul edilib.
Müxalifət hakimiyyəti seçkiləri saxtalaşdırmaqda ittiham edirdi və iddiaya görə heç bir partiyanın səs çoxluğu əldə edə bilmədiyi səsvermənin nəticələri vətəndaşların iradəsini əks etdirmir.
Fevralın 28-də ATƏT-in monitorinq missiyası ötən il Serbiyada keçirilən seçkilər zamanı bir sıra demokratik standartların pozulması hallarının aşkarlandığı hesabat dərc edib. Xüsusən də iqtidar partiyası mediada haqsız üstünlüyə malik olub və ictimai vəsaitlərdən də sui-istifadə edib. ATƏT-in hesabatında seçki saxtakarlığından bəhs edilməsə də, Belqrad meri Aleksandr Şapiç martın 2-də bildirib ki, onun partiyası yeni seçkilərin keçirilməsindən qorxmur və tam legitimlik əldə etmək üçün yenidən səsvermə keçirməyə hazırdır.
Bundan əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç ATƏT -in müşahidəçilərinin rəyinin nəzərə alınmalı olduğunu və Belqradda yeni seçkilərin keçirilməli olduğunu bildirib.
Müxalifət hakimiyyətin yeni seçkilər keçirmək qərarını öz qələbəsi kimi elan edib.