Serbiyada silahlı hücumda şübhəli bilinən şəxs həbs edildi
Serbiyada silahlı hücumda şübhəli bilinən şəxsi həbs etdilər. Hadisə bir neçə saat bundan əvvəl baş verdi.
Silahlı hücum nəticəsində azı 8 nəfər öldü və 13 nəfər yaralandı.
Yayılan məlumata görə, silahlı şəxs hərəkət edən avtomobildən atəş açdı və qaçdı. Daxili İşlər naziri, Bratislava Qaşiç baş verənləri terror aktı adlandırdı
Hücumun motivi bu vaxt üçün məlum deyil. Baş verənlərlə bağlı istintaq aparılır.