Serbiyada silahlı hücum nəticəsində azı 8 nəfər öldü və 13 nəfər yaralandı

10:55, 05.05.2023

Serbiyada silahlı hücum nəticəsində azı 8 nəfər öldü və 13 nəfər yaralandı. Yayılan məlumata görə, silahlı şəxs hərəkət edən avtomobildən atəş açdı və qaçdı.

“CNN”-nin məlumatına görə, hücumçu insanlara avtomat silahından açdı və hadisə yerindən qaçıb gizləndi. Daxili İşlər naziri, Bratislava Qaşiç baş verənləri terror aktı adlandırdı və bəyan etdi ki, fəal istintaq tədbirləri görülür.

Xatırladaq ki, ötən iki gün ərzində bu, artıq Serbiyada ikinci silahlı hücumdur. 3 mayda Serbiya paytaxtında Vladislav Rubnikar məktəbində atəş nəticəsində doqquz insan öldü. Ölənlər arasında biri mühafizə əməkdaşıdır, səkkizi isə, uşaqdır.

Oxşar