Serbiyada növbəti hökumət əleyhinə etiraz aksiyası keçirilib, iştirakçılar magistral yolları bağlayıblar
Serbiyada növbəti anti-hökumət etiraz aksiyası keçirildi. Etirazçılar əsas magistral yolları bağladılar.
Belqrad və digər şəhərlərdə nəqliyyat bir neçə saatlıq iflic oldu.
Aksiya iştirakçıları yollarda təkərlər və zibil konteynerləri yerləşdirdilər. İctimai nəqliyyatın hərəkəti də pozulmuşdu.
Mediada yayılan məlumatlara görə, polis ən azı bir nəfəri saxlayıb.
Etirazçılar növbədənkənar seçkilərin keçirilməsini və prezident Aleksandr Vuçiçin istefasını tələb edirdilər.
Qeyd edək ki, Serbiyada prezident və parlament seçkiləri 2027-ci ilə planlaşdırılıb.