Serbiya Prezidenti Aleksandr Vuçiç ölkədə məcburi hərbi xidmətin bərpa olunacağını bildirib.
Vuçiç qeyd edib ki, Serbiya yaxın gələcəkdə məcburi hərbi xidmətin tətbiqinə başlayacaq.
Prezident, hərbi xidmətin 75 gün olacağını, lakin hələlik konkret qərar qəbul edilmədiyini deyib.
“Bu, bütün cəmiyyət üçün yaxşıdır; gənclər məsuliyyətlə öyrənəcəklər və bu, onlar üçün problem yaratmayacaq. Əvvəlki kimi sərtlik olmayacaq” – Vuçiç bildirib.
Bununla yanaşı, geosiyasi vəziyyətlə bağlı mediaya danışarkən o, Rusiya ilə Ukrayna arasındakı münaqişənin bitəcəyini gözləmədiyini qeyd edib.
Onun sözlərinə əsasən, Rusiya ilə Avropa arasında münaqişə qaçılmazdır və Serbiya müharibəyə qarışmamağa çalışacaq.
Məlumat üçün bildirək ki, digər Avropa ölkələri də məcburi hərbi xidməti bərpa etməyi planlaşdırırlar. Dekabrda Almaniya parlamenti nəhayət hərbi xidmət islahatını təsdiqlədi. Polşa da məcburi hərbi xidməti bərpa etməyi planlaşdırır.