Serbiya Rusiyadan qaz alınması haqda müqaviləni üç ay müddətinə uzadıb
Serbiya Rusiyadan qaz alınması haqda müqaviləni üç ay müddətinə uzadıb

 

Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib ki, Rusiyadan qaz təchizatı haqda müqavilə üç ay müddətinə uzadılıb.

Aleksandar Vuçiçin sözlərinə əsasən, razılaşma Rusiya Prezidenti ilə telefon danışığı zamanı əldə edilib.

“Putinə bizim üçün çox əlverişli şərtlərlə müqavilənin üç ay müddətinə uzadılmasını təklif etdiyinə görə təşəkkür etdim. Əslində, indi min kubmetr üçün 320 dollar ödəyirik” – Vuçiç bildirib.

Serbiyanın lideri Rusiya Prezidenti ilə müxtəlif iqtisadi məsələləri müzakirə etdiyini deyib.

Bununla yanaşı, Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov Putinin Serbiya Prezidenti ilə danışdığını təsdiqləyib.

“Serbiya kimi dost və qardaş ölkələr qarşısında götürdüyümüz öhdəliklərə sadiqik. Bu məsələ ilə bağlı təmaslar həqiqətən də davam edir” – Peskov bildirib.