Serbiya Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri - Gürcüstan əlindən gələni edir, amma Avropa İttifaqı son bir neçə aydır bir növ itkin düşüb
Gürcüstan əlindən gələni edir, amma Avropa İttifaqı son bir neçə aydır bir növ itkin düşüb – bu haqda Serbiya Parlamentinin Avropaya İnteqrasiya Komitəsinin sədri Elvira Kovaç bildirib.
O bildirib ki, hakimiyyətin strateji planının Avropa İttifaqına üzvlük olmasına baxmayaraq, Serbiyada avro-skeptisizm artır.
“Biz öz təcrübəmizi Avropaya İnteqrasiya Komitəsi və Xarici Əlaqələr Komitəsindən olan gürcü dostlarımızla bölüşürük. Avropanın yeni namizəd ölkələrə açıq olub-olmadığını görmək vacibdir. Biz dostlarımıza izah etməyə çalışdıq ki, təəssüf ki, artıq uzun müddətdir, on ildən çoxdur bu prosesdəyik və son 3 ildə yaxşı, görünən addım ata bilməmişik. Biz Gürcüstanın vəziyyətini tamamilə başa düşürük, o da əlindən gələni edir, amma təəssüf ki, Avropa İttifaqı son bir neçə aydır bir növ itkin düşüb. Bir tərəfdən, o, texniki baxımdan namizəd ölkələr üçün hazırdır, amma siyasi qərar budur ki, irəliləyiş olmasın. Bu, problemdir. Mən gürcü dostlarıma minnətdaram ki, xalq Avropaya inteqrasiyanı dəstəkləyir. Serbiyada, təəssüf ki, avro-skeptisizm artır, baxmayaraq ki, bizim strateji planımız Avropa İttifaqına üzvlükdür” – Elvira Kovaç bildirib.