Şeraz Qasri - Tezliklə Tbilisiyə gələcək əvəzedicim Olivie Kurto ilə əla görüş keçirdim
Şeraz Qasri - Tezliklə Tbilisiyə gələcək əvəzedicim Olivie Kurto ilə əla görüş keçirdim

 

Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri əvəzedicisi Olivie Kurto ilə görüşüb.

Qasri bu barədə sosial şəbəkədə yazıb.

“Fransanın Gürcüstandakı səfiri vəzifəsində fəaliyyətim sona çatmaq üzrə olduğu üçün mən Fransanın diplomatik komandası və tezliklə Tbilisiyə gələcək əvəzedicim Olivie Kurto ilə əla görüş keçirdim. Davamı olacaq…” – Qasri yazıb.

Məlumat üçün bildirək ki, Fransa Prezidenti Emmanuel Makron tərəfindən Olivie Kurtonun Gürcüstana fövqəladə və səlahiyyətli səfir təyin edilməsi haqqında fərman avqustun 7-də dərc olunub.