Ser Alan Dunkan - Gürcüstan islahatların, demokratiyanın keyfiyyəti və insan hüquqlarının müdafiəsi baxımından bölgədə nümunəvidir
Britaniyanın Avropa İşləri üzrə naziri Alan Dunkan sabah, noyabrın 8-də Tbilisiyə gələcək və Gürcüstan-Britaniya strateji dialoqunun, “Uordrop Dialoqunnun” beşinci raundunu açacaq.
Birləşmiş Krallığın Gürcüstandakı səfirliyinin məlumatına görə, Britaniyanın Avropa İşləri üzrə nazirinin sahab Gürcüstana səfəri, iki ölkə arasında olan əlaqələri daha da möhkəmləndirəcək.
“Bu ilki Uordrop Dialoqu seçilir, çünki bu il Gürcüstan tarixində iki önəmli tarix qeyd olunur – müstəqilliyin bərpasının 10o illiyi və Gürcüstan-Rusiya münaqişəsinin 10 iliiyi”, – Birləşmiş Krallığın Gürcüstandakı səfirliyinin məlumatında deyilir.
“Sevinirəm ki, Gürcüstanın baş naziri Mamuka Baxtadze və Xİ naziri David Zalkaliani ilə müxtəlif mövzularda söhbət etməyə imkanım var.
Gürcüstan-Rusiya müharibəsinin 10 iliiyində Böyük Britaniya Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsini davam etdirir. Rusiya tərəfindən aqresiya fonunda, Gürcüstan bölgədə sülhün qorunub saxlanılması baxımından önəmli rol oynayır.
Gürcüstan islahatların, demokratiyanın keyfiyyəti və insan hüquqlarının müdafiəsi baxımından bölgədə nümunəvidir. Biz bir daha, Gürcüstanın islahatlar proqramın alqışlayırıq”, – Ser Alan Dunkan bəyan etdi.