Sentyabrın 4-ü və 7-nə planlaşdırılan futbol oyunlarına görə, "Dinamo Arena"ya yaxın ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
Sentyabrın 4-ü və 7-də Gürcüstan-Türkiyə və Gürcüstan-Bolqarıstan yığmaları arasında futbol üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları keçiriləcək, buna görə də “Dinamo Arena”ya yaxın ərazidə hərəkət mərhələli şəkildə, qismən məhdudlaşdırılacaq.
Məhdudiyyət hər iki gün saat 10:00-dan 00:00-dək qüvvədə olacaq və bu müddət ərzində Qiorqi Tsabadze, Dimitri Ğipiani və Metreveli küçələrində, eləcə də Akaki Tsereteli prospektində hərəkət qadağan olunacaq.
Tevdore Mğvdeli, Abastumani, Mixeil Tsinamdzğvrişvili küçələri, Tamar Mepe prospekti, eləcə də Arçil Kurdiani, Şota İamanidze və Murman Lebanidze küçələri vasitəsilə hərəkət mümkün olacaq.
Məhdudiyyət dövründə: N384, N386, N311, N320, N315, N327, N306, N308 və N381 avtobusları Tsereteli prospektindən Kutaisi küçəsi istiqamətində hərəkət edəcək, bundan sonra da Vaxuşti Baqrationi körpüsü, Saakadze meydanı, Konstantine Qamsaxurdia prospekti, Mirotadze küçəsi, Pekin prospektindən keçməklə hərəkəti davam etdirəcək və yenidən, Konstantine Qamsaxurdia prospekti vasitəsilə Qəhrəmanlar Meydanına qoşulacaqlar. Qəhrəmanlar Meydanından N320, N327, N386, N381, N315 və N384 sərnişinlərə müəyyən edilmiş marşrutla Tamar Mepe prospektindən keçməklə xidmət göstərəcək, N306, N308 və N311 isə mövcud sxemlə Varazisxevi vasitəsilə hərəkət edəcəklər.
Mikroavtobuslara gəlincə, N541, N551, N536 və N431 Tsereteli prospektindən Kutaisi küçəsi istiqamətində hərəkət edəcəklər və Saakadze meydanına qoşulacaqlar, buradan: N541 Mirotadze küçəsi ilə Konstantine Qamsaxurdia prospektinə qoşulacaq və Qəhrəmanlar Meydanından müəyyən edilmiş sxemlə hərəkət edəcək; N551 Mirotadze küçəsindən Pekini prospektinə qoşulacaq və müəyyən edilmiş sxemlə hərəkət edəcək; N536 Mirotadze küçəsi ilə Qamsaxurdia prospektinə qoşulacaq, bundan sonra da Qəhrəmanlar Meydanından Tamar Mepe prospektinə hərəkət edəcək və müəyyən edilmiş sxemlə hərəkət edəcək; N431 Saakadze meydanından Şartava küçəsinə gedəcək və oradan artıq müəyyən edilmiş marşrutdan istifadə edəcək.
Qeyd olunan ictimai nəqliyyat geri istiqamətdə hərəkət edərkən Tsereteli prospektinə analoji yollarla qoşulacaq.
N476 mikroavtobus Jiuli Şartava küçəsindən Saakadze meydanı və Mirotadze küçəsindən keçməklə Pekin və Konstantine Qamsaxurdia prospektlərinə qoşulacaq, Tamar Mepe prospektindən isə müəyyən edilmiş sxemlə hərəkət edəcək. Qeyd olunan mikroavtobus geri istiqamətdə hərəkət edərkən analoji marşrutdan istifadə edəcək; N504 metronun “Tsereteli” stansiyası yaxınlığında hərəkəti dayandıracaq, N538 isə Stansiya Meydanına doğru hərəkət edərkən Mtkvari çayının sol sahilindən istifadə etməklə, General Kvinitadze küçəsi, Tamar Mepe prospektinə qoşulacaq və sonra müəyyən edilmiş sxemlə hərəkət edəcək.
Geri istiqamətdə N538 Tamar Mepe prospektindən Mtkvari çayının sol sahilinə qoşulacaq və müəyyən edilmiş sxemlə metronun “Didube” stansiyası istiqamətində hərəkəti davam etdirəcək.