Sentyabrın 24-ü günün sonundan 25-i səhərədək Gürcüstanın əksər ərazilərində yağıntı, bəzi yerlərdə dolu yağacağı, küləyin güclənəcəyi gözlənilir. Dənizdə isə 3-4 ballıq fırtınalı dalğalanma olacaq

14:26, 24.09.2026

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 24-ü günün sonundan 25-i səhərədək Gürcüstanın əksər ərazilərində yağıntı gözlənilir. Abxaziya, Acarıstan, Sameqrelo-Zemo Svaneti, Raça-Leçxumi, Mtsxeta-Mtianeti və Kaxeti bölgələrinin bəzi ərazilərində yağıntının intensiv olacağı bildirilir.

Həmçinin şimşək çaxması, dolu yağması, küləyin güclənməsi, dənizdə isə 3-4 ballıq fırtınalı dalğalanma gözlənilir.

„Gözlənilən yağıntılar çaylarda suyun səviyyəsinin artmasına, kiçik çaylarda daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta qiymətləndirilir“, – Milli Ətraf Mühit Agentliyinin məlumatında qeyd olunur.

Oxşar