Sentyabrın 10-dan 14-dək Gürcüstanda isti və əsasən yağıntısız hava şəraiti davam edəcək
Gürcüstanda sentyabrın 10-dan 14-dək havanın isti və əsasən yağıntısız keçəcəyi gözlənilir. Bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Sinoptiklərin proqnozuna görə, Tbilisidə əsasən yağıntısız hava şəraiti hökm sürəcək. Gün ərzində havanın temperaturu +27, +29 dərəcə olacaq.
Sahil rayonlarında – Batumi, Kobuleti, Anaklia və Poti şəhərlərində yağıntı gözlənilmir. Gün ərzində temperatur +26, +28 dərəcə təşkil edəcək.
Qərbi Gürcüstanın düzənlik rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə yağıntısız hava gözlənilir. Gün ərzində havanın temperaturu +29, +31 dərəcəyə yüksələcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında yağıntı gözlənilmir. Gün ərzində temperatur +27, +29 dərəcə olacaq.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında – Mestia və Baxmaroda əsasən yağıntısız hava gözlənilir. Gün ərzində havanın temperaturu +24, +26 dərəcə təşkil edəcək.
Kartlidə – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Sxinvali şəhərlərində əsasən yağıntısız hava şəraiti gözlənilir. Gün ərzində temperatur +29, +31 dərəcə olacaq.
Kaxetidə – Saqareco, Telavi, Qurcaani, Siqnaxi, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda əsasən yağıntısız hava gözlənilir. Gün ərzində havanın temperaturu +28, +30 dərəcə təşkil edəcək.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə əsasən yağıntısız hava gözlənilir. Gün ərzində temperatur +24, +26 dərəcə olacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında – Axalkalaki, Tsalka, Bakuriani, Qudauri və Omalo ərazilərində əsasən yağıntısız hava gözlənilir. Gün ərzində havanın temperaturu +20, +22 dərəcə təşkil edəcək.