Senatorlar ABŞ prezidentinə müraciət edirlər ki, Rusiyadan Gürcüstanın işğalını və separatçıları dəstəkləməyi dayandırmasını tələb etsin
Senatorlar ABŞ prezidentinə müraciət edirlər ki, Rusiyadan Gürcüstanın işğalını və separatçıları dəstəkləməyi dayandırmasını tələb etsin

ABŞ Senatı Rusiyaya qarşı yeni və indiyə qədər qoyulan sanksiyalardan daha güclü sanksiyaların qoyulması ilə bağlı qanunlayihə təqdim etdi.

Bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına görə, ABŞ senatının Xarici Əlaqələr Komitəsinin həmsədri Senatorlar Bob Mendes, Lindsi Qrem, Kori Qardner, Ben Kardin və Cin Şahin, cari ilin fevralın 13-də ABŞ senatına Kreml aqressiyasından qoruyan ABŞ təhlükəsizlik qanunlayihəsini təqdim etdilər (Defending American Security from Kremlin Aggression Act of 2019, DASKA).

Qanunlayihənin məqsədi Rusiyanın aqressiv hərəkətlərinə cavab olaraq, ona qarşı iqtisadi, siyasi və diplomatik təzyiqin artırılmasını nəzərdə tutur.

Qanunlayihəyə əsasən, ABŞ prezidenti Rusiyadan tələb etməlidir ki, Krım Ukraynaya qaytarılsın, Ukraynada separatçı qüvvələrə dəstəyini dayandırsın, Gürcüstan və Moldova ərazilərindəki işğalı dayandırsın və həmçinin Suriyədə hərbi cinayət törədən Bəşər Əsəd rejiminə dəstəyini dayandırsın.