Senator Stiv Deyns bildirir ki, Gürcüstanın sülhün, rifahın təşviqində həlledici rolunu təsdiqləyir və Donald Trampla sıx əməkdaşlığa çağırır
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns bildirir ki, Gürcüstanı ümumi iqtisadi və təhlükəsizlik maraqlarının irəlilədilməsi məqsədilə prezident Tramp və onun administrasiyası ilə sıx əməkdaşlığa qətiyyətlə çağırıb.
Bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsin X sosial şəbəkəsində dərc olunan bəyanatında deyilir.
“Senator Deyns ABŞ-Gürcüstan münasibətlərinin gücləndirilməsi məsələlərini müzakirə etmək üçün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşmək imkanını təqdir edir. Senator Gürcüstanın Qafqazda və onun hüdudlarından kənarda sülhün, rifahın təşviqində həlledici rolunu təsdiqləyib və Gürcüstanı ümumi iqtisadi və təhlükəsizlik maraqlarının irəlilədilməsi məqsədilə prezident Tramp və onun administrasiyası ilə sıx əməkdaşlığa qətiyyətlə çağırıb” – ABŞ senatoru Stiv Deynsin bəyanatında deyilir.