Senator Rocer Uiker - Gürcüstanda, Serbiyada və Macarıstanda vətəndaşlar korrupsiya və avtoritarizmə etiraz etmək üçün küçələrə çıxırlar, liderlər Kreml üslubunda təzyiqlə cavab verməməlidirlər
Helsinki Komissiyasının sədri, amerikalı senator Rocer Uiker Gürcüstan, Serbiya və Macarıstandakı aksiyalara sosial şəbəkədə münasibət bildirir.
“Gürcüstanda, Serbiyada və Macarıstanda vətəndaşlar korrupsiya və avtoritarizmə etiraz etmək üçün küçələrə çıxırlar. Mən demokratik gələcək üçün mübarizə aparan bütün insanların yanındayam. Liderlər Kreml üslubunda təzyiqlə cavab verməməlidirlər və öz vətəndaşlarının hesabatlılıq çağırışlarına hörmətlə yanaşmalıdırlar” – senator yazır.