Senator Kris Kuns – Ölkələrimiz BMT-də Ukrayna ilə bağlı birgə səs verdi, gürcülər təcavüz və işğalın nə demək olduğunu bilirlər, indi birlikdə dayanmağın vaxtıdır

19:51, 21.04.2022

Ölkələrimiz BMT-də birlikdə səs verib. Yardımı davam etdirmək də vacibdir. Gürcülər təcavüz və işğalın nə demək olduğunu bilirlər”, – Konqres nümayəndə heyətinin Gürcüstana səfəri ilə bağlı Tbilisidə keçirilən mətbuat konfransında senator Kris Kuns deyib.

“Birləşmiş Ştatlar son 30 ildə Gürcüstana təxminən 6 milyard dollar yardım edib. Biz onu müxtəlif yollarla dəstəkləyirik: iqtisadi inkişaf, təhlükəsizlik, qanunun aliliyi. Həmçinin, biz xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə kömək etdik. Putin və Rusiyanın amansız təcavüzündən 56 gün keçir. Bizi ukraynalıların cəsarəti və gücü ruhlandırır. Biz ölkələrimiz birlikdə BMT-də yekdilliklə səs verdik və kömək etməyə davam etmək də vacibdir. Gürcülər təcavüzün, işğalın nə demək olduğunu bilirlər. İndi birlikdə dayanmağın vaxtıdır” dedi senator Kuns.

Oxşar