Senator Cin Şahin və konqresmen Mayk Törner bu gün Gürcüstana rəsmi səfər edəcəklər
Senator Cin Şahin və konqresmen Mayk Törner bu gün Gürcüstana rəsmi səfər edəcəklər. Bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyi məlumat yayıb.
“Biz onları qəbul etməkdən məmnunuq. İkitərəfli səfər çərçivəsində onlar Gürcüstan hökuməti, vətəndaş cəmiyyəti, özəl sektor və siyasi partiyaların nümayəndələri ilə görüşəcəklər. Həmçinin senator və konqresmen ABŞ hökumətinin məcburi köçkünlərə, sahibkarlara və tələbələrə dəstək proqramları ilə tanış olacaqlar.
Birləşmiş Ştatlar Gürcüstan xalqını və onların Avro-Atlantik istəklərini dəstəkləməyə tam olaraq bağlı və sadiq qalır”, – ABŞ səfirliyinin bəyanatında deyilir.