Senatın Respublikaçılarının səhifəsi USAID tərəfindən maliyyələşdirilən bir neçə layihənin siyahısını dərc edir və siyahıda Gürcüstanda yaşıl nəqliyyatın inkişafına 25 milyon dollar ayrıldığı qeyd olunub
Senatın Respublikaçıları USAID tərəfindən maliyyələşdirilən bir neçə layihənin siyahısını dərc edirlər. Siyahı sosial şəbəkədə Senatın Respublikaçılarının səhifəsində dərc olunub.
Siyahıda “Deloitte” şirkətinin Gürcüstanda yaşıl nəqliyyatın inkişafı üçün təxminən 25 milyon dollar ayırmasından bəhs olunur.
Həmçinin, Qazaxıstanda dezinformasiya ilə mübarizəyə 4,5 milyon dollar, İraqda isə uşaq teleyayımına 20 milyon dollar ayrılıb.
Senatdakı Respublikaçıların məlumatına əsasən, digər layihələrin maliyyələşdirilməsi ilə yanaşı, USAID tərəfdaşı “Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın İşıqlandırılması Layihəsi” (OCCRP) olan araşdırma jurnalistikasına dəstək proqramına 20 milyon dollar ayırıb; 1,1 milyon dollar – Ermənistandakı LGBT qrupu üçün; Kubanın media mühitini bərpa etmək üçün 1,5 milyon dollar; “BBC”nin Liviyada media mühitini gücləndirməsi üçün 2,1 milyon dollar; 3,9 milyon dollar – Qərbi Balkanlarda LGBT məsələləri üçün.
Bundan əlavə, Ağ Ev USAID tərəfindən vəsaitlərin israf edilməsi və sui-istifadəsi ilə bağlı bir neçə nümunə dərc edib. Ağ Ev siyahının uzun olduğunu və oxşar layihələrin onilliklər ərzində maliyyələşdirildiyini qeyd edir. ABŞ administrasiyası Donald Trampın prezidentliyi dövründə israfçılıq, fırıldaqçılıq və vəsaitlərdən sui-istifadə hallarına son qoyulacağını açıqlayıb.