Senakinin mərkəzi parkında gürcü ictimai xadim Qiorqi Caladidelinin büstünə zərər vurublar
Senakinin mərkəzi parkında gürcü ictimai xadim Qiorqi Caladidelinin büstünə zərər vurublar

 

Senakinin mərkəzi parkında gürcü ictimai xadim Qiorqi Caladidelinin büstünə zərər vurublar. Bu barədə məlumatı Senaki Munisipalitetinin Meriyası sosial şəbəkədə yayır.

Meriyanın yazdığı kimi, faktla bağlı hüquqi tədbirlərin görülməsi üçün artıq aidiyyatı qurumlara müraciət ediblər.

“Senakidə, şəhərin mərkəzi parkında məşhur gürcü ictimai xadim Qiorqi Caladidelinin büstünə zərər vurublar. Mədəniyyət abidələrinin məhv edilməsi tamamilə yolverilməz və qəbuledilməz hərəkətdir. Senaki Munisipalitetinin Meriyası faktla bağlı hüquqi tədbirlərin görülməsi üçün aidiyyatı quruma müraciət edib.

Həmçinin, yaxın günlərdə zədələnmiş büstün bərpasına başlayacaq müvafiq mütəxəssisləri artıq cəlb etmişik. Sizi yüksək vətəndaşlıq məsuliyyəti nümayiş etdirməyə, şəhərimizi, onun infrastrukturunu, mədəniyyət-tarixi abidələrini və şəhərin görünüşünü qorumağa çağırırıq. Keçmişimizə hörmət göstərmək və şəhərimizin dəyəri olan şeylərə qayğı göstərmək hər birimizin borcudur” – munisipalitetin meriyası yazır.