“Şemodzaxili” ansamblı Gürcüstanın Birinci Kanalının musiqili meqa-şousu “Xalxuri”nin qalibi oldu. Qalibin kimliyi bugünkü final şousunda bəlli oldu.
Layihənin qalibi olan ansambl Gürcüstan adından Rudolştadta xalq musiqisinin ən nüfuzlu festivalına yollanacaq.
Qalibi Dato Tsintsadze, Tamar Qeqeşidze, Mixeil Çikviladze və Teona Tsiramuadan ibarət xüsusi münsiflər heyəti müəyyənləşdirib.
“Xalxuri” Gürcüstanın bütün guşələrindən xalq mahnıları və rəqs ansamblları, ailələr və fərdi ifaçıların iştirak etdiyi unikal milli layihədir.
Layihə üçün bütün Gürcüstan miqyasında 40 iştirakçı seçildi. Onlardan 20 nəfər yarımfinala keçdi. Finalda isə qalibiyyət uğrunda 10 iştirakçı mübarizə aparırdı.
Musiqili meqa-şou “Xalxuri” Gürcüstanın Birinci Kanalının efirində martın 30-dan başladı.