SEMEK-in veb saytında artan elektrik enerjisi tarifi fərqinin subsidiyalanmasını rədd etmək üçün bir platforma aktivləşdi

12:54, 22.01.2021

Gürcüstanın Energetika və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyasının məlumatına görə,   hökümətin güzəştli proqramından həmrəylik məqsədilə  imtina edən elektrik enerjisi istifadəçilərinin tələbii ilə SEMEK xüsusi platforma aktivləşdirdi.

SEMEK-in məlumatına görə, elektrik enerjisi istifadəçiləri öz qərarlarını bu saytda qeyd edə bilərlər.

“Həm fiziki, həm də hüquqi şəxslər qərarlarını platformada qeyd edə bilərlər. Yanvar ayının subsidiyasından imtina 31 yanvar tarixinədək mümkündür.

Platformada bir neçə sahəni doldurduqdan sonra məlumat reaksiya üçün elektrik paylayıcı şirkətə göndərilir. Bu subsidiya 2021-ci il üçün qüvvədə olacağından, vətəndaşlar həm hər ay üçün ayrı-ayrılıqda, həm də ümumilikdə 12 ay – 2021-ci ilin yanvarından 2021-ci il dekabrınadək müavinətdən imtina edə bilərlər.

Bununla, SEMEK-in veb saytında 2020-ci ilin mart ayından bəri vətəndaşların istəyi ilə yaradılan kommunal subsidiyalardan imtina üçün bir platforma fəaliyyət göstərir.Bu günə qədər 10.000-dən çox vətəndaş güzəştləri bu platforma vasitəsi ilə həmrəylik əlaməti olaraq 200 kVt- saat elektrik enerjisi və 200 m3 daxil olmaqla təbii qaz istifadəsindən imtina etdi – deyə bəyanatda qeyd olunub.

Oxşar