Selim Çakir - Gürcüstan hökuməti səhiyyə və iqtisadiyyatın maliyyələşdirilməsi üçün beynəlxalq partnyorlardan maliyyələrin səfərbərliyini bacardı
Beynəlxalq Valyuta Fondu 2021-ci ildə Gürcüstan iqtisadiyyatının dörd faizlik artımını proqnozlaşdırır, – bu barədə məlumatı “Reuters” agentliyi yayır.
Beynəlxalq Valyuta Fondunun Gürcüstanda nümayəndəsi Selim Çakirin “Reuters” ilə söhbəti zamanı bəyan etdiyinə görə, Beynəlxalq Valyuta Fondu hazırdır ki, pandemiya və onun nətəcilərinin aradan qaldırılması üçün Gürcüstana 1,6 milyard dolların səfərbərliyində yardım etsin.
Ötən həftə Beynəlxalq Valyuta Fondu missiyası icraçı şuraya zəmanətlə müraciət etdi ki, Gürcüstana 200 milyonluq yardım ayırsınlar.
Çakirin dediyinə görə, əlavə olaraq 215 milyonun ayrılması 2020-ci ilin dördüncü kvartalında və gələn ilin aprelində də planlaşdırılıb.
“Gürcüstan hökuməti səhiyyə və iqtisadiyyatın maliyyələşdirilməsi üçün beynəlxalq partnyorlardan maliyyələrin səfərbərliyini bacardı”, – Selim Çakir bəyan etdi.