Səkkiz ay müddətinə hərbi xidmətə çağırılmış və könüllü qeydiyyatdan keçmiş şəxslər ilkin döyüş hazırlığı kursuna başlayıblar
Axalkalakinin Zaza Peradze adına İlkin Döyüş Hazırlığı Mərkəzində və Vazianinin Hərbi Bazasında Çağırışçıların Milli Hərbi Xidmətinə səkkiz ay müddətinə çağırılmış şəxslər ilkin döyüş hazırlığı kursuna başlayıblar.
Çağırışçılar döyüş hazırlığının ilk 8 həftəlik mərhələsində xüsusi hazırlıqdan keçəcəklər: onlar müxtəlif hərbi nizam-intizamı öyrənəcək və əsgərin vəzifələri ilə tanış olacaqlar. Onlar kursu başa vurduqdan sonra hərbi and içəcəklər və ərazi prinsipi ilə Müdafiə Qüvvələrinin müxtəlif bölmələri üzrə bölünəcəklər.
Zaza Peradze adına İlkin Döyüş Hazırlığı Mərkəzinə daxil olduqları ilk gün çağırışçılara xüsusi brifinq verilib və avadanlıqları aldıqdan sonra kazarmalara yerləşiblər.
Gürcüstan miqyasında publik hüquqi şəxs Hərbi Xidmətə Çağırış və Qəbul üzrə Milli Agentliyin regional mərkəzlərinə ümumilikdə 590 çağırışçı çağırılıb. Gənclər mərkəzlərə valideynləri və ailə üzvləri ilə birlikdə gəliblər.
Çağırışçılar vidalaşdıqdan və birgə şəkil çəkdirdikdən sonra Müdafiə Nazirliyinin təminatı ilə Vaziani və Axalkalakinin bölmələri üzrə bölünüblər.
Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.