Şəxsi yazışmaların məxfiliyinin pozulması və kompüter məlumatlarının qanunsuz istifadəsi faktlarına görə prokurorluq bir şəxsi saxlayıb
Şəxsi yazışmaların məxfiliyinin pozulması və kompüter məlumatlarının qanunsuz istifadəsi faktlarına görə prokurorluq bir şəxsi saxlayıb

Gürcüstan Prokurorluğu şəxsi yazışmaların məxfiliyinin pozulması və kompüter məlumatlarının qanunsuz istifadəsi faktları ilə bağlı bir şəxsi saxlayıb.

Qərb Gürcüstan Regional Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılmış araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs qısqanclıq zəminində zərərçəkmiş şəxsdən aldadaraq onun FACEBOOK sosial şəbəkə hesabının parolu üçün bərpa kodunu əldə edib, onun profilinə qanunsuz şəkildə daxil olub və zərərçəkmiş şəxsin üçüncü bir şəxslə şəxsi xarakterli yazışmalarını oxuyub.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 159-cu maddəsinin birinci hissəsi (şəxsi yazışmanın, telefon danışığının və ya digər növ məlumat ötürülməsinin məxfiliyinin pozulması) və 285-ci maddəsinin birinci hissəsi (kompüter məlumatlarının və/və ya kompüter sisteminin qanunsuz istifadəsi) üzrə ittiham irəli sürülüb. Bu cinayətlər üç ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Prokurorluq, qanunla müəyyən olunmuş müddət ərzində, saxlanılan şəxs barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət təqdim edəcək, — məlumatda deyilir.