Şəxsi həyatı əks etdirən videoları Youtube-a yükləyən şəxs yaxalandı
Şəxsi həyatı əks etdirən videoları Youtube-a yükləyən şəxs yaxalandı

Şəxsi həyatı əks etdirən videoları Youtube-a yükləyən şəxs yaxalandı, – bu barədə bəyanatı Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin rəhbəri Vladimer Bortsvadze verdi.

Onun dediyinə görə, faktla bağlı istintaq davam edir.

Həbs edilən şəxs törədiyi cinayəti etiraf etdi.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi şəxsi həyatı əks etdirən gizli videoların yayılması ilə bağlı bugün 16 nəfəri həbs etdi.

Həbs edilən şəxslər sosiyal şəbəkə və mobil internet aplikasiyası vasitəsi ilə, vətəndaşların şəxsi həyatının təfərrüatlarını əks etdirən videoları yayırdılar.

“İctimaiyyətə müraciət edirik ki, bu cinayət hərəkətlərinə qoşulmasınlar və qeyd olunan videoları sosiyal şəbəkələrdə paylaşmasınlar. Əks təqdirdə qanunla cəzalandırılacaqlar” – deyilir Daxili İşlər Nazirliyinin bəyanatında.