Şəxsi həkim – Saakaşvili konsiliuma, testlərə, dərmanlara razıdır, mənə dedi ki, aclığı dayandırmayacaq

23:24, 15.10.2021

Saakaşvili konsiliuma, testlərə, dərmanlara razıdır, – bu barədə Gürcüstanın keçmiş prezidentin şəxsi həkimi, Nikoloz Ğipşidze Saakaşvilini ziyarət etdikdən sonra jurnalistlərə bəyan etdi.

Elə onun dediyinə görə, Mixeil Saakaşvilinin xəstəxanaya keçirilməsi vacibliyi hələlik mövcud deyil.

“Beş gün gözləyirdim və nəhayət gördüm. Sonuncu dəfə görəndə, indi daha pisini gözləyirdim, lakin demək istəyirəm ki, sən demə güclü orqanizmi var imiş, gözləntini aşdı. Saakaşvili konsiliuma, testlərə, dərmanlara razıdır. Əhval-rushiyyəsi çox yüksəkdir. Dünənki aksiya barəsində uzun müddət mənlə söhbət edirdi. Xəstəxanaya keçirilməsi vacibliyi hələlik mövcud deyil. Lakin, bədbəxtlikdən bu an da gələcək. Bir şeyi unutmamalıyıq, bu siyasi aclıqdır, siyasi aktdır”, – Nikoloz Ğipşidze bəyan etdi.

Nikoloz Ğipşidze onu da dedi ki, Saakaşvilininin ona dediyinə görə, aclığı dayandırmayacaq.

“Prezident mənə dedi ki, heç bir təqdirdə aclığı dayandırmayacaq və sonuna qədər mübarizə aparacaq. Dedi ki, dünənki gün çox sevindirdi. Hesab edir ki, çox böyük, maraqlı və yaxşı aksiya idi”, – Ğopşidze qeyd etdi.

 

 

Oxşar