Səhiyyə Nazirliyinin məlumatına görə, ilkin sifariş barəsində yekun təsdiqi vətəndaşlar sms şəklində 24 saat ərzində alacaqlar
“COVID-19”-a qarşı vaksinasiya üçün qeydiyyatın elektron modulu bərpa olundu, bu da deməkdir ki, ötürücülük qabiliyyəti artırıldə, – bu barədə Gürcüstan Səhiyyə Nazirliyi tərəfindən yayılan bəynatda deyilir.
İdarənin məlumatına görə, qeydiyyat metodu da dəyişdi.
“İlkin sifariş barəsində yekun təsdiqi vətəndaşlar sms şəklində 24 saat ərzində alacaqlar.
Bu gün, saat 12:00-da “fayzer” üzrə ikinci qeydiyyat üçün sifarişlər də açıldı. Vaksinasiya prosesinə 37 tibb müəssisəsi qoşulub. Sifarişin edilməsi 26 iyuldan 14 avqust da daxil olmaqla mümkündür. Rekomendasiya müddəti 21 gündür.
Arzu olunur ju, “fayzerin” ikinci dozasına qeydiyyatı 24 iyul saat 12:00-a qədər həyata keçirilsin. Başqa təqdirdə qeydiyyat ilk peyvənd olunduğu klinikada avtomatik olaraq ediləcək. Lakin sözsüz ki, vətəndaşlara imkan verilir ki, sifarişi avtomatik aldıqdan sonra, biraz gec tarix və klinikanı dəyişsinlər”, – Səhiyyə Nazirliyində bəyan edirlər.