Səhiyyə Nazirliyinin məlumatına əsasən, dekabrın 2-də keçirilən aksiya zamanı xəsarət almış 26 nəfər xəstəxanaya yerləşdirilməli olub
Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatına əsasən, dekabrın 2-də keçirilən aksiya zamanı xəsarət almış 26 nəfər xəstəxanaya yerləşdirilməli olub, onların arasında Daxili İşlər Nazirliyinin üç nümayəndəsi var.
Qurumda dedikləri üzrə, xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur.
“Dekabrın 2-də etiraz aksiyaları nəticəsində Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzin qrupları 26 nəfəri tibb müəssisələrinə aparıblar. Onlardan 23-ü aksiya iştirakçısı, 3-ü isə Daxili İşlər Nazirliyinin nümayəndəsidir. Xəsarət alanların bir hissəsi həkimlərin nəzarəti altında yenə də klinikalarda qalır, bir hissəsi isə artıq tibb müəssisələrini tərk edib. Xəsarət alanların heç birinin həyatı üçün təhlükə yoxdur. Bununla yanaşı, ehtiyacı olan bütün vətəndaşlara tibbi yardım göstərilib. O cümlədən xəstəxanaya yerləşdirməyə ehtiyacı olmayan aksiya iştirakçıları, media və hüquq-mühafizə orqanlarının nümayəndələrinə. Sözügedən göstəricilər yalnız Fövqəladə Halların Koordinasiyası və Təcili Yardım Mərkəzi tərəfindən xəstəxanaya yerləşdirilən şəxslərin sayını əhatə edir” – Səhiyyə Nazirliyinin məlumatında deyilir.