Səhiyyə Nazirliyində bəyan edirlər ki, Çindən gələn yolçuları koronavirusla bağlı hava limanında yoxlayacaqlar
Səhiyyə Nazirliyində bəyan edirlər ki, Çindən gələn yolçuları koronavirusla bağlı hava limanında yoxlayacaqlar

Səhiyyə Nazirinin müavini Tamar Qabunia bəyan edir ki, koronavirusla bağlı hava limanında həkimlər və epidemiologiya xidməti işləyirlər.

Onun dediyinə görə, Çindən gələn hər bir yolçu hava limanında yoxlanılacaq.

“Hər bir yolçu koronavirus simptomlarının olub-olmaması ilə bağlı yoxlanılacaq. Səyahət məhdudiyyətinə gəlincə isə, Dünya Səhiyyə Təşkilatından belə bir tövsiyyə almamışıq. Ona görə də, hələlik prevensiya tədbirlərini görməyə davam edirik.

Epidemiologiya xidməti 24 saatlıq rejimdə mobilizasiya edilib. Bizə rekomendasiya verildiyi kimi, beynəlxalq  requlyasiyalara riayət edirik, – bəyan edir Tamar Qabunia.

Yoxlanışın nə zaman davam edəcəyi ilə bağlı isə, nazir müavini qeyd edir ki, yoxlanış, Dünya Səhiyyə Təşkilatı tərəfindən risklərlə bağlı müvafiq rekomendasiyaların verilməsinə qədər davam edəcək.