Səhiyyə Nazirliyi - vaksinasiya üçün qeydiyyat portalında problem yüksək fəallıqdan əmələ gəldi, problemin aradan qaldırılması üçün IT qruplar insentiv şəkildə işləyirlər
Vaksinasiya üçün qeydiyyat portalında problem yüksək fəallıqdan əmələ gəldi, problemin aradan qaldırılması üçün IT qruplar insentiv şəkildə işləyirlər, – bu barədə Səhiyyə Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.
“Vaksinasiya üçün qeydiyyat portalında – booking.moh.gov.ge-də texniki problem vətəndaşların yüksək fəallığı nəticəsində əmələ gəldi.
Problemin aradan qaldırılması üçün Xəstəliklərə Nəzarət Milli Mərkəzində əlavə IT qruplar insentiv şəkildə işləyirlər.
Səhiyyə Nazirliyi yaranmış promlemə görə sizdən üzr istəyir”, – Gürcüstan Səhiyyə Nazirliyində bəyan edirlər.
“Pfizer” peyvəndinə qeydiyyat bu gün saat 15: 00-da başlamalı idi. Halbuki, vaksinasiya saytında https://booking.moh.gov.ge yenə də problem var. Vətəndaşlar məlumatları doldurub sifariş üçün qeydiyyat ola bilmirlər. Ölkə dünən gecə 28.000 doza Pfizer peyvəndinin ilk partiyasını aldı.