Səhiyyə Nazirliyi tibb müəssisələrinə beynəlxalq akkreditasiyadan keçmək üçün əlavə müddət verir
Səhiyyə Nazirliyi tibb müəssisələrinə beynəlxalq akkreditasiyadan keçmək üçün əlavə müddət verir. Bu haqda səhiyyə naziri Mixeil Sarcveladze brifinqdə bildirib.
Səhiyyə nazirinin izahatına əsasən, dövlət proqramlarına qoşulmuş klinikaların böyük hissəsi artıq beynəlxalq akkreditasiya qazanıb, lakin müəssisələrin müəyyən hissəsinin öz öhdəliklərini vaxt çərçivəsində tam yerinə yetirə bilmədiyini nəzərə alaraq, vətəndaşların təxirəsalınmaz tibbi yardım xidmətinə çıxışının fasiləsizliyini təmin etmək məqsədilə onlara güzəşt müddəti verilib.
“Cari ildə gündəmə belə bir vəzifə qoyulmuşdu ki, dövlət proqramına qoşulmuş klinikalar 2024-cü ilin sonuna qədər beynəlxalq akkreditasiya qazanmalı idilər. Tibb müəssisələrinin böyük hissəsi bu çağırışın öhdəsindən gəldi və onlar üzərlərinə düşən vəzifəni yerinə yetirdilər. Lakin, bu prosesi hələ yekunlaşdırmayan və bu tələblərə yaxın aylar ərzində cavab verəcək klinikaların müəyyən hissəsi qalır. Müvafiq olaraq, nazirlik qeyd olunan halı nəzərə aldı və klinikalara güzəşt müddəti veriləcək ki, bir tərəfdən tibbi xidmətlərin keyfiyyəti lazımi səviyyədə təmin edilsin, digər tərəfdən isə heç də az olmayan coğrafi və ya profilin əlçatanlığı ölkəmizin əhalisi üçün problemə çevrilməsin” – Mixeil Sarcveladze bildirib.