Səhiyyə Nazirliyi tətil edən sosial agentlərlə görüşlə bağlı rəsmi məlumat yayıb

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər nazirinin müavini Tamar Barkalaia tətil edən sosial agentlərin təşəbbüs qrupu ilə görüş keçirib.

Görüşdə tərəflər son dövrlərdə Sosial Xidmətlər Agentliyi tərəfindən işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində atılan konkret addımlardan danışıblar. O cümlədən, sosial agentin sabit əmək haqqı 60%-ə qədər artırılıb. Onların maaşı 250 lari əvəzinə 400 lari, böyük sosial agentininisə 550 lari əvəzinə 700 lari olub. Həmçinin, ailə ziyarətləri çərçivəsində sosial agentlər hər doldurulmuş ərizə üçün  altı lari əvəzinə 10 lari alacaqlar. Həmçinin Sosial Xidmətlər Agentliyinin aşağı və orta səviyyə işçilərinin maaşları 40 faizdən 60 faizə qaldırılıb.

Görüşdə gələcək planlar və bu gün işçilərin qarşısında duran vəzifələr müzakirə olunub.

Nazir müavini gələcək fəaliyyətin konstruktiv dialoq rejimində fəal şəkildə davam etdirilməsinin, Sosial Xidmətlər Agentliyinin həm işçilərin, həm də benefisiarların maraqlarının nəzərə alınmaqla təşkilati inkişafının vacibliyini vurğulayıb. Görüşdə tərəflər planların gələcək inkişafı və gücləndirilməsi üzrə işlərin danışıqlar yolu ilə aparılacağı barədə razılığa gəliblər.

Məlumatı İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlərin, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.