Səhiyyə Nazirliyi – Tbilisidə məcburi köçkünlər üçün nəzərdə tutulan müasir standartlara uyğun yaşayış kompleksinin tikintisi yekun mərhələdədir

11:15, 12.08.2026

Tbilisidə məcburi köçkün ailələri üçün nəzərdə tutulan, müasir standartlara uyğun yaşayış kompleksinin tikintisi yekun mərhələdədir. Bu barədə Gürcüstan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Nazirliyin məlumatına görə, genişmiqyaslı yaşayış kompleksi 11 binadan ibarətdir. Onlardan 4 binadakı tam təmir olunmuş mənzillər artıq ötən il məcburi köçkün ailələrinə verilib. Daha 7 binada isə məcburi köçkün ailələrinin yaxın gələcəkdə yerləşdirilməsi planlaşdırılır.
Məlumatda qeyd olunur ki, hazırda məcburi köçkün ailələri üçün tam şəraitin yaradılması məqsədilə ərazidə abadlıq işləri aparılır. Bu işlərə yaşıllaşdırma, stadionların, uşaq əyləncə meydançalarının və idman sahələrinin salınması daxildir.
İşlərin gedişini İşğal olunmuş ərazilərdən məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Giorgi Tsagareişvili və Məcburi Köçkünlər Agentliyinin direktoru David Kaykaşvili yerindəcə nəzərdən keçiriblər.

Oxşar