Səhiyyə Nazirliyi noyabrın 30-da Rustaveli prospektində keçirilən etiraz aksiyasından 44 nəfərin tibb müəssisələrinə aparılması haqda məlumat verir
Gürcüstanın Səhiyyə Nazirliyi noyabrın 30-da Rustaveli prospektində keçirilən etiraz aksiyasından Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzinin qruplarının 44 nəfəri tibb müəssisələrinə apardığını açıqlayır.
Onların məlumatına əsasən, onlardan 27-si aksiyanın iştirakçısı,
1-i media vasitəsinin nümayəndəsi və 16-sı Daxili İşlər Nazirliyinin nümayəndəsidir.
“Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Onların bir hissəsi tibb müəssisələrini tərk edib, bir hissəsi isə həkimlərin nəzarəti altında klinikada qalır. Etiraz aksiyasına bitişik əraziyə fövqəladə halların koordinasiyası və təxirəsalınmaz yardımın 20 briqadası səfərbər edilmişdi. Yerindəcə onlarla vətəndaşa tibbi yardım göstərilib, onların arasında xəstəxanaya yerləşdirilməyə ehtiyac duymayan media və hüquq-mühafizə orqanlarının nümayəndələri də var. Qeyd olunan məlumatlara yalnız Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi tərəfindən xəstəxanaya yerləşdirilən insanların sayı daxildir” – Gürcüstanın Səhiyyə Nazirliyinin məlumatında deyilir.