Səhiyyə Nazirliyi “Həkim cavab verir” adlı yeni layihəyə start verib
Səhiyyə Nazirliyi “Həkim cavab verir” adlı yeni layihəyə start verib

İşğal olunmuş ərazilərdən olan Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi “Həkim cavab verir” adlı yeni layihəyə start verib.

Kampaniyaya regional media da daxildir ki, burada xüsusi təlim keçmiş həkimlər canlı yayımda vətəndaşların suallarını cavablandırır. Layihənin hədəfi rayonda və kənd yerlərində yaşayan əhalidir. “Həkim cavab verir” verilişi Regional Yayımçılar Alyansının on müxtəlif kanalında yayımlanır.

“Həkimlər vətəndaşların Covid-19, infeksiyanın gedişi, izolyasiya və karantin, həmçinin peyvənd və gücləndirici müalicə ilə bağlı suallarını cavablandırır. O cümlədən Gürcüstanda yaşayan etnik azlıqların dillərində də.

Layihənin tərəfdaşı Gürcüstan Regional Yayımçılar Alyansıdır. “Həkim cavab verir” Gürcüstan hökumətinin Regional Əlaqələr Departamenti tərəfindən dəstəklənir”, – Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.