Səhiyyə Nazirliyi - Danimarka şirkəti "Novo Nordisk"in istehsal etdiyi insulin Gürcüstandadır və 1-ci tip diabetli uşaqların müalicəsi "NovoRapid" preparatı ilə əlçatandır
Səhiyyə Nazirliyi - Danimarka şirkəti "Novo Nordisk"in istehsal etdiyi insulin Gürcüstandadır və 1-ci tip diabetli uşaqların müalicəsi "NovoRapid" preparatı ilə əlçatandır

 

Danimarka şirkəti “Novo Nordisk”in istehsal etdiyi insulin Gürcüstandadır, müvafiq olaraq, 1-ci tip diabetli uşaqların müalicəsi “NovoRapid” preparatı ilə əlçatandır. Məlumatı Gürcüstanın Səhiyyə Nazirliyi yayır.

Qurumun məlumatına əsasən, pasiyentlər köhnə sxemə əsasən, yenidən “NovoRapid”ə qayıtmağı və ya müalicəni onun analoqu olan Fransanın “Sanofi Aventis” şirkətinin istehsalı olan “Apidra” ilə davam etdirməyi özləri seçə bilərlər. Qurumun məlumatında, əvvəldən “Apidra”dan istifadə edənlərin də seçim etmək imkanı olduğu deyilir.

Səhiyyə naziri, qurumun “NovoRapid”in Gürcüstanda mümkün qədər tez, yenidən əlçatan olması üçün hər şeyi etdiyini bildirib. Mixeil Sarcveladzenin qeyd etdiyi kimi, gələcəkdə oxşar fəsadları aradan qaldırmaq üçün “Novo Nordisk” ilə aktiv ünsiyyət davam edir.

“İstehsal zavodunda yaranan problemlərə görə, “Novo Nordisk” əvvəlcədən satın alınmış dərmanı Gürcüstana vaxtında çatdıra bilmədi, lakin ölkədə insulin çatışmazlığı olmayıb və benefisiarlar müalicəni “NovoRapid”in analoqu olan “Apidra” ilə davam etdiriblər” – Səhiyyə Nazirliyinin məlumatında deyilir.