Səhiyyə Nazirliyi - Bölgələrdə yaşayan uşaqlar üçün anadangəlmə ürək qüsurunun müalicəsi, zərurətə uyğun olaraq, Cenevrə Universitet Hospitalında maliyyələşdiriləcək
Bölgələrdə yaşayan uşaqlar üçün anadangəlmə ürək qüsurunun müalicəsi, zərurətə uyğun olaraq, Cenevrə Universitet Hospitalında maliyyələşdiriləcək. Bu haqda məlumatı Səhiyyə Nazirliyi yayır.
Qurumun məlumatına əsasən, 2026-cı ildən “Referal xidmət” dövlət proqramı çərçivəsində, hazırkı mərhələdə Gürcüstanda həyata keçirilməsi mümkün olmayan və müvafiq tibbi komissiya ilə sahə üzrə mütəxəssislər tərəfindən xaricdə edilməsi tövsiyə olunan əməliyyatlar maliyyələşdiriləcək.
“Müalicə Cenevrə Universitet Hospitalında müasir yüksək texnologiyalı avadanlıqlardan istifadə edilməklə və müvafiq ixtisaslı tibb işçilərinin iştirakı ilə təmin ediləcək.
Qeyd olunan məsələ ilə əlaqədar səhiyyə naziri Mixeil Sarcveladze İsveçrədə fəaliyyət göstərən uşaq kardiocərrahı, Cenevrə Universitet Klinikasının uşaq kardiocərrahiyası üzrə tibbi rəhbəri Tornike Soloğaşvili ilə görüşüb. Görüşdə tərəflər uşaq kardiocərrahiyyəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini, mürəkkəb anadangəlmə ürək qüsurlarının idarə olunmasına dair müasir yanaşmaları və xaricdə yüksək ixtisaslı müalicəyə çıxışla bağlı imkanları müzakirə ediblər.
Qeyd edilib ki, Səhiyyə Nazirliyinin “Uşaq kardiocərrahiyyəsi konvensiyası”nda iştirakı proqramın coğrafi əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib və xidməti ölkə miqyasında qeydiyyatda olan 18 yaşadək uşaqlar üçün əlçatan edib. Görüşdə qeyd olunan proqramın 2022-ci ildən bəri Tbilisinin Meriyası tərəfindən uğurla həyata keçirildiyi və Tbilisidə qeydiyyatda olan 18 yaşadək şəxsləri əhatə etdiyi vurğulanıb. Qeyd olunan uğurlu təcrübə isə ölkə miqyasında proqramın sonrakı genişləndirilməsi üçün əsas yaradıb.
Tərəflər həmçinin gələcək əməkdaşlıq perspektivləri, təcrübə mübadiləsi və pediatrik kardiocərrahiyyə sahəsində xidmətlərin inkişafının təşviqinə yönəlmiş addımlar barədə danışıblar. Görüşdə səhiyyə nazirinin müavini İrine Tsakadze iştirak edirdi” – Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.