Səhiyyə Nazirliyi - Aksiyalarda qazdan istifadə nəticəsində xəsarət almış pasiyentlərə tibbi yardım göstərilərkən yayılmış ümumi əlamətlərdən kənara çıxma və ya nəsə gözlənilməz təzahürlər olmayıb
Aksiyaların dağıdılması zamanı gözyaşardıcı qaz və bibər qazından istifadə nəticəsində xəsarət almış pasiyentlərə ilkin tibbi yardım göstərilərkən yayılmış ümumi əlamətlərdən kənara çıxma və ya nəsə gözlənilməz təzahürlər olmayıb – bu haqda Səhiyyə Nazirliyi Gürcüstanın Birinci Kanalına məsələ ilə bağlı ünvanlanmış suallara cavab olaraq yazılı şəkildə cavab verib.
Xüsusilə, Gürcüstanın Birinci Kanalı aksiyaların dağıdılması zamanı hansı növ qazdan istifadə edildiyi və qeyd olunan maddələrin istifadəsi nəticəsində hansı növ zəhərlənmə və ya fəsadların müşahidə olunduğu ilə maraqlanıb.
“İstənilən demokratik ölkənin qanunvericiliyi kimi, Gürcüstanın “Polis haqqında” qanununun 33-cü maddəsində gözyaşardıcı qaz və bibər qazı da daxil olmaqla polisin istifadə edəcəyi xüsusi vasitələrin siyahısı var. Gözyaşardıcı qaz və bibər qazı, bir qayda olaraq, gözlərdə yanma hissinə, göz yaşına, eləcə də yuxarı tənəffüs yollarının qıcıqlanmasına, tənəffüsün çətinləşməsinə, allergik reaksiyaya, qusmaya səbəb ola bilər ki, bu da tibbi nöqteyi-nəzərdən qeyd olunan vasitələrlə zəhərlənmə halında təbiidir. Noyabrın 28-dən dekabrın 4-ü də daxil olmaqla, yuxarıda bəhsi keçən hər iki xüsusi vasitədən cari aksiya zamanı müxtəlif vaxtlarda istifadə olunub. Müvafiq olaraq, istər yerindəcə – təcili tibbi yardım briqadaları tərəfindən, istərsə də tibb müəssisələrinə aparılmış vətəndaşlara (o cümlədən media vasitələrinin və hüquq-mühafizə orqanlarının əməkdaşları) müalicə məqsədi ilə yuxarıda qeyd olunan əlamətlər üzrə tibbi xidmətlər öz səlahiyyətlərinə uyğun olaraq həkim-mütəxəssislər tərəfindən göstərilmişdir. Pasiyentlərin sağlamlıq vəziyyətinin ümumi qiymətləndirilməsi və onlara ilkin tibbi yardım göstərilərkən zəhərlənmənin mənbələri və onların tərkibinin tədqiq edilməsi zərurəti də daxil olmaqla, nəsə xüsusi tədqiqatların aparılmasına ehtiyac yarada biləcək yayılmış ümumi əlamətlərdən kənara çıxma və ya nəsə gözlənilməz təzahürlər olmayıb” – Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Xatırladaq ki, dekabrın 31-də Gürcüstanın Birinci Kanalının eyni məsələ ilə bağlı sualını cavablandırarkən səhiyyə naziri Mixeil Sarcveladze Daxili İşlər Nazirliyinin nümayəndələrinin aksiyalar zamanı qeyri-standart vasitələrdən istifadə etdiyinə dair heç kimdə heç bir sənəd olmadığını bildirmişdi. Onun sözlərinə görə, zəhərlənmə, göz yaşı və digər əlamətlər təbii müşayiət olunan prosesdir.