Səhiyyə naziri vətəndaşları "STOP COVID" applikasiyasından fəal istifadə etmələrinə çağırır
Səhiyyə naziri vətəndaşları “STOP COVİD” applikasiyasından fəal istifadə etməsinə çağırır, – bu barədə Səhiyyə naziri, Ekaterine Tikaradze koordinasiya şurası iclasının başa çatmasından sonra bəyan etdi.
Nazirin dediyinə görə, qeyd olunan applikasiya epidemioloqlara kontaktların araşdırılmasında əhəmiyyətli yardım edəcək.
“Hamınız bilirsiniz ki, yaz aylarında biz, Koreyada, Sinqapurda fəal istifadə olunan Avstriya applikasıyasını əldə etdik. Bu günki günü bir neçə Avropa ölkəsi qeyd olunan applikasiyanı istifadə edir çünki, insan resursu məhdudiyyətsiz deyil və ona qənaət etmək lazımdır. Yazda “STOP COVID” applikasiyasını 217 min insan yüklədi, 13 mindən artıq insan xəbərdarlıq göndərdi və buradan virusa yoluxan 17 insanı aşkar etdik. Vətəndaşlara müraciət edirəm, applikasiyadan istifadə etsinlər. Əgər biz bu istiqamət üzrə fəallaşsaq və insan resursu ilə birlikdə müasir texnologiyalardan istifadə etsək, virusun vaxtında müəyyənləşdirilməsi baş verəcək, bununla da biz epidemioloqlarımıza əhəmiyyətli imkanlar yaratmış olacağıq”, – Tikaradze bəyan etdi.