Səhiyyə naziri Poti və Senakidə klinikaların reabilitasiya prosesi ilə tanış olub
Səhiyyə Nazirliyinin məlumatına əsasən, regionlarda tibb infrastrukturunun inkişafı davam etdirilir. Səhiyyə naziri Mixeil Sarcveladze Poti və Senakidə tibb müəssisələrinin reabilitasiya prosesi ilə tanış olub.
Nazir yerli hakimiyyətin nümayəndələri və tibb işçiləri ilə birlikdə doğum xidmətlərinin bərpası imkanlarını müzakirə edib.
Mixeil Sarcveladze qeyd edib ki, regionlarda tibb infrastrukturunun inkişafı prosesində yüksək keyfiyyətli tibbi xidmətlərə coğrafi əlçatanlığın daha da artırılması üçün özəl sektorla munisipalitetin əməkdaşlığı vacibdir.
Onun bəyanatına əsasən, tibb müəssisələri pasiyentlərə beynəlxalq standartlara uyğun xidmət göstərməlidirlər, nazirlik isə buna ciddi nəzarət edəcək.
Nazirlə birlikdə Sameqrelo-Zemo Svaneti bölgəsi üzrə dövlət nümayəndəsi David Verava, parlamentin üzvü Qiorqi Xaxubia, Potinin meri Beka Vacaradze, Senakinin meri Vaxtanq Qadelia və yerli hakimiyyətin digər nümayəndələri tibb infrastrukturunun bərpası prosesi ilə tanış olublar.