Səhiyyə naziri kliniki qrupların nümayəndələri ilə görüşür
Səhiyyə naziri kliniki qrupların nümayəndələri ilə görüşür

Səhiyyə naziri, Ekaterine Tikaradze kliniki qrupların nümayəndələri ilə görüşür.

Nazirin görüşdə bəyan etdiyinə görə, çarpayıların sayının 8 400-ə qədər artırılması planlaşdırılır.

“Noyabrda artıq 5 700 çarpayı səfərbər olunub və əlavə olaraq hesab edirik ki, 8 400-ə qədər çıxacağıq. Sözsüz ki, nə qədəri intensiv və nə qədəri reanimasiya çarpayısıdır, bölünüb. Onun üzərində işlər aparılır ki, xəstəxanalar oksigenli çarpayıların çatdırılmasını stuimullaşdırsınlar.

Burada yalnız çarpayı fondunun komponentində təziqdən danışmırıq, təsəvvür olunmazdır ki, həkimlər on ay ərzində 24 saatlıq rejimdə işləyirsiniz. Bununla bağlı, hansı əlavə tədbirlərin görülməsini məqsədyönlü hesab edirsiniz və hansı tədbirlər dönmədən həyata keçirilməlidir – bax, sizdən bunları eşidib dinləmək istəyirəm” – Tikaradze bəyan etdi.