Səhhətinin pisləşməsi səbəbindən İkinci İlya Qafqaz Tibb Mərkəzinə yerləşdirilib
Səhhətinin pisləşməsi səbəbindən bütün Gürcüstanın katolikos-patriarxı İkinci İlya Qafqaz Tibb Mərkəzinə yerləşdirilib. Patriarx həkimlərin nəzarəti altındadır.
Mövcud məlumata görə, İkinci İlya-nin vəziyyəti ötən gecə ağırlaşıb. Səhiyyə naziri və həkimlərin məlumatına əsasən, ona müayinələr aparılıb və bütün zəruri tibbi prosedurlar həyata keçirilib.
“Səhiyyə işçiləri tərəfindən pasiyentin təhlükəsizliyinin maksimum təmin olunması üçün hər şey edilib. Yaşı və bütün faktorlar nəzərə alınaraq vəziyyət sadə deyil. Hazırda pasiyent intensiv terapiya şöbəsindədir, müşahidə davam edir və həyati vacib bütün parametrlərin mümkün qədər tez sabitləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür. Əlbəttə, müşahidə davam etdiriləcək”, – deyə səhiyyə naziri bildirib.
Həkimin sözlərinə görə, patriarxın vəziyyəti hazırda stabil olsa da, diqqət tələb edir.
“Pasiyent mədədən güclü qanaxma ilə gətirilib. Ona müvafiq diaqnostik və müalicəvi prosedurlar aparılıb. O, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyət diqqət tələb edir, hemodinamika qeyri-sabitdir”, – deyə həkim bildirib.