Şəhər məhkəməsində mitinq-yığıncaq qaydalarının pozulması ittihamı ilə saxlanılanların məhkəmə prosesləri keçirilir
Şəhər məhkəməsində mitinq-yığıncaq qaydalarının pozulması ittihamı ilə saxlanılanların məhkəmə prosesləri keçirilir

Tbilisi Şəhər Məhkəməsi mitinq-yığıncaq qaydalarının pozulması ittihamı ilə saxlanılan Konstantine Mikaiyanı inzibati qaydada günahkar hesab edib və ona 14 günlük həbs cəzası verib.

Məhkəmə həmçinin Kaxa Mikaiyaya 14 günlük, Beka Qurxuliyə isə 8 günlük inzibati həbs cəzası təyin edib. Eyni zamanda, Boris Kutsiya 14 gün, Tsira Jvania isə 10 günlük inzibati həbs cəzası alıb.

Bundan əvvəl, aksiya iştirakçılarından biri — İmeda Kldiashvilinin də məhkəmə prosesi baş tutub və o, 9 günlük inzibati həbs cəzasına məhkum edilib.

Hazırda Tbilisi Şəhər Məhkəməsində inzibati qaydada saxlanılan digər şəxslərin də prosesləri davam edir.

Məlumat üçün qeyd edək ki, bu gün Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib: son üç gün ərzində aksiya iştirakçıları tərəfindən 53 qanun pozuntusu aşkarlanıb. Onlardan 42 nəfər hüquq pozucusu kimi müəyyən edilib, bir qismi artıq saxlanılıb, digərləri barəsində isə inzibati iş aparılır və yaxın günlərdə onların işləri məhkəmədə inzibati qaydada baxılacaq.