Şəhər Məhkəməsi İrakli Pipia, Qiqi Kiladze, Quka Bardavelidze, Levan Nacğebianın işlərinə baxıb və onlara şifahi irad tutub
Şəhər Məhkəməsi İrakli Pipia, Qiqi Kiladze, Quka Bardavelidze, Levan Nacğebianın işlərinə baxıb və onlara şifahi irad tutub

 
Tbilisinin Şəhər Məhkəməsində aksiyanın iştirakçıları İrakli Pipia, Qiqi Kiladze, Quka Bardavelidze, Levan Nacğebianın işlərinə baxılıb.

Hakimlər Lela Tsaqareişvili və Zviad Tsekvava qeyd olunan inzibati işlər üzrə cərimə və inzibati həbs tətbiq etməyiblər və dörd halın hamısında hakimlər şifahi iradla kifayətləndilər.

Saxlanılan şəxslər inzibati xəta törətmiş şəxslər kimi tanınarsa, hakimlərin mümkün qədər yüngül cəza tətbiq etmələri ittiham tərəfinin tələbi idi. Məhkəmə saxlanılan şəxslərin bir hissəsinə xırda xuliqanlıq hissəsində bəraət verdi, lakin onları itaətsizlikdə qanun pozucuları kimi tanıdı və şifahi iradla kifayətləndi.