Səfirlər Konfransı çərçivəsində iqtisadi inkişaf mövzusunda işgüzar sessiya keçirilib
2025-ci ilin dekabrın 24-də Səfirlər Konfransı çərçivəsində “Qlobal çağırışlar şəraitində ticarət, investisiya, dayanıqlı inkişaf” mövzusunda işgüzar sessiya keçirilib.
Xarici işlər naziri Maka Bocorişvilinin açılışını etdiyi işgüzar sessiyada iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, maliyyə naziri Laşa Xutsişvili, ətraf mühitin müdafiəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili, infrastruktur naziri Revaz Soxadze, regional inkişaf naziri Kaxaber Quledani və Milli Bankın prezidenti Natia Turnava iştirak etdilər. Xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili sessiyaya moderatorluq edib.
İştirakçılar Gürcüstanın yüksək iqtisadi artım göstəricisindən danışıblar və öz nazirlikləri tərəfindən həyata keçirilmiş bir sıra mühüm islahat və cari layihələri müzakirə ediblər, o cümlədən xarici ticarət, yeni bazarların ələ keçirilməsi və diversifikasiyası, investisiyaların cəlb edilməsi, makroiqtisadi siyasət və fiskal sabitliyin gücləndirilməsi, ətraf mühitin mühafizəsi, yol infrastrukturu və regional inkişaf istiqamətlərində.
İşgüzar sessiya çərçivəsində Gürcüstanın nəqliyyat və logistika potensialından tam istifadənin zəruriliyi vurğulanıb və bu kontekstdə “Orta Dəhliz”in əhəmiyyətinə xüsusi diqqət yetirilib.
“Səfirlər Konfransı 2025” üçüncü gündür keçirilir. Tədbir dekabrın 25-də başa çatacaq.
Məlumatı Maliyyə Nazirliyinin mətbuat xidməti yayır.