Səfərli kəndindən Dmanisi şəhərinə gedən yolun bərpası davam edir

12:55, 17.08.2026
default

default

 

Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, Dmanisi Munisipalitetində Səfərli kəndindən Dmanisi şəhərinə gedən yerli əhəmiyyətli avtomobil yolunun bərpası həyata keçirilir. İşlər 14.9 km-lik hissəni əhatə edir.

Mövcud yolda asfalt-beton örtüyü zərər görmüşdü və yolun texniki vəziyyəti bərpaya ehtiyac duyurdu. Layihə çərçivəsində 14.9 km-lik hissəyə beton örtüyü döşənəcək, sakinlərin həyətlərinə giriş yolları, suötürücü borular, su yolları və qabionlar quraşdırılacaq.

Həmçinin yol nişanlarının, çəpərlərin və yol işarəsinin çəkilməsi nəzərdə tutulub.

İşlər dövlət büdcəsindən maliyyələşdirilir və layihənin dəyəri 12.5 milyon lariyə qədərdir.

Oxşar