Sədr və üzvlər Venedik Biennalesi jüri sərgisinin açılışından doqquz gün əvvəl istefa verdilər
Venedik Biennalesinin jüri üzvləri istefa verib.
BBC-nin məlumatına görə, dünyanın ən nüfuzlu incəsənət sərgisinin beynəlxalq jürisinin sədri və dörd üzvü sərginin açılışından doqquz gün əvvəl vəzifələrindən çəkilib.
Biennalenin rəsmi saytında onların istefa səbəbi göstərilməyib.
Bir həftə əvvəl jürinin üzvləri qərar verib ki, bəzi ölkələrin liderlərinə qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən insanlığa qarşı cinayətlərdə ittiham irəli sürülmüş ölkələrin əsərlərini mükafat namizədi kimi nəzərdən keçirməsinlər.
Qeyd edək ki, bir neçə gün əvvəl məlum olub ki, bu il Rusiya Venedik Biennalesində iştirak edə bilər. Bu qərar bir çox ölkələrin tənqidinə səbəb olub. 20-dən çox Avropa ölkəsi Rusiyanın Biennalesdə iştirakına icazə verilməməsini tələb edib. Avropa İttifaqının yüksək səviyyəli nümayəndəsi Kaya Kalas bildirib ki, Rusiyanın Biennalesə qayıtması əxlaqi deyil və buna görə sərginin maliyyələşdirilməsi azaldılacaq.
Bundan əlavə, Rusiya pavilyonunun açılması səbəbindən Avropa İttifaqı sərgiyə iki milyonluq qrantı dayandırıb.