Şəbəkə marketlərində “sosial səbətlərin” yerləşdirilməsinə başlanıldı, ilkin istehlak məhsullarını endirimlə almaq mümkün olacaq
Şəbəkə marketlərində “sosial səbətlərin” yerləşdirilməsinə başlanıldı, ilkin istehlak məhsullarını endirimlə almaq mümkün olacaq.
Birinci mərhələdə xüsusi olaraq təşkil olunmuş guşələrdə 15 növ ərzaq məhsulu endirimlə satılacaq. Sosial səbətə un, düyü, şəkər, qarabaşaq, toyuq əti, şirniyyat, makaron, süd məhsulları və digər ən çox tələbat görən məhsullar daxildir.
“Libre”nin kommersiya direktoru Qiorqi Qotsiridzenin dediyi kimi, endirimin şamil ediləcəyi məhsullar “Libre” mağazalarında əlavə satış nöqtələrində təqdim olunacaq.
“Sosial və istehlak səbətinə diqqət yetirəcəyik. Şərti olaraq, istehlak səbətində ən çox rast gəlinən yarma kateqoriyasından makaron, un, düyü, şəkər, qarabaşaq, eləcə də süd məhsulları, ət məhsullarından və s. kimi məhsullar. İstehlakçının oxşar məhsulları şəbəkəmizdə və mağazalarımızda asanlıqla tapması üçün onlar əlavə satış nöqtələrində, səbətlərdə təqdim olunacaq və fərqli qiymət etiketlərinə malik olacaqlar” – Qiorqi Qotsiridze bildirib.
“Nikora”nın ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Salome Celidzenin bəyanatına əsasən, məhsullar üzrə aksiyalar həftəlik olaraq yenilənəcək.
“Gündəlik istehlak məhsullarını əhatə edən səbət hazırlamışıq. Bu səbətlərin daha da ucuzlaşması və əlçatan olması ilə əlaqədar təchizatçılarla əməkdaşlığa başlamışıq. Buna əsasən, mayın 7-dən etibarən həftəlik olaraq yenilənəcək aksiyalara başlanılıb və hər cümə axşamı istehlakçılara yenilənmiş qiymətlə yeni məhsullar təklif edəcəyik” – Salome Celidze bildirib.
Bununla yanaşı, “Aqrohub”ın kommersiya direktoru Ani Qaxaria, istehlakçının aksiyanı daha rahat şəkildə başa düşməsi üçün hansı tədbirlərin görüldüyü barədə danışıb.
“İstehlakçının aksiyanı daha rahat şəkildə başa düşməsi üçün hər qiymətin yanında “TOP qiymət” yazısı yerləşdiriləcək. Buna əsasən, istehlakçı şəbəkəmizdə asanlıqla hərəkət edə biləcək” – Ani Qaxaria bildirib.
“Goodwill”in salonunun meneceri Tinatin Devadzenin izah etdiyi kimi, istehlakçının tələbindən irəli gələrək, müəyyən təkliflərin şamil ediləcəyi məhsullar vaxtaşırı dəyişdiriləcək.
“Şirkətimizin imkanı çərçivəsində sosial səbətin müəyyən məhsulları üzrə müəyyən təkliflər tətbiq olunur. Bunlar ilkin istehlak məhsullarıdır. Əlbəttə, istehlakçının tələbindən irəli gələrək, bu məhsullar müxtəlif marka və ya növə əsasən dəyişdiriləcək” – Tinatin Devadze bildirib.