Şavdatuaşvili Avropa Çempionatında ilk qələbəni əldə etdi
Şavdatuaşvili Avropa Çempionatında ilk qələbəni əldə etdi

Praqada keçirilən Avropa Çempionatında bu gün üç gürcü yarışacaq.

73 kiloqram çəki kateqoriyasında olimpia oyunlarının qızıl və bürünc medallarının sahibi Laşa Şavdatuaşvili Almaniyalı Antoni Zinqi məğlubiyyətə uğratdı.

Elə bu gün, 81 kiloqram çəki kateqoriyasında Tato Qriqalaşvili və Luka Maysuradze çıxış edəcəklər. Xatıqladaq ki, dünən turnirdə dörd gürcü cüdoçusu çıxış etdi. Luxum Çxvmiani, Eter Liparteliani və Tatiyana Levitska-Çukvani oyundan ilkin mərhələdə kənarlaşdılar. Vaja Marqvelaşvili isə, bürünc medal uğrunda mübarizədə məğlubiyyətə uğradı.

İlkin görüşlər saat 13:00-da başladı. Final blokunun birbaşa reportajını isə, saat 19:00-da Gürcüstanın Birinci Kanalı təqdim edəcək.