Sarpi gömrükçüləri külli miqdarda bəyan edilməmiş qızıl əşyaların ölkəyə gətirilməsinin qarşısını alıblarf
Sarpi gömrükçüləri külli miqdarda bəyan edilməmiş qızıl əşyaların ölkəyə gətirilməsinin qarşısını alıblarf

Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Sarpi gömrük-keçid məntəqəsində qanun pozuntusu aşkar edilib. Məlumatı Gəlirlər Xidməti yayıb.

Gəlirlər Xidmətindən verilən məlumata görə, gömrük nəzarəti çərçivəsində gömrük əməkdaşları şübhə əsasında xarici ölkə vətəndaşının idarə etdiyi avtonəqliyyat vasitəsinə ətraflı baxış keçirib və oradan ümumi çəkisi 1565,4 qram olan bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar ediblər.

“Qanunu pozan vətəndaş gömrük nəzarətindən yan keçərək qızıl əşyaları keçirməyə cəhd edib (Sözügedən əşyalar əvvəlcədən hazırlanmış karton və plastik qutularda yapışqanlı lentlə qablaşdırılıb). Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 240 461,09 lari təşkil edib. İş materialları sonrakı cavablandırmaq üçün Maliyyə Nazirliyinin İstintaq Xidmətinə verilib”. – Məlumatda deyilir.